29 İyul 2018 12:25
3 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aktyor və yumor ustası Cem Yılmaz anası xəstə olan sevgilisi Dəfnə Samyelinin əhvalını yüksəltmək üçün onu şam yeməyinə dəvət edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeməkdə Cemin yaxın dostu Ozan Güvən və sevgilisi Ece Önen də iştirak edib.

Onlar məkandan çıxan zaman jurnalistlərlə qarşılıblar. Samyeli bir neçə gün əvvəl infarkt keçirən anasının hazırda yaxşı olduğunu bildirib.

Cem Yılmaz isə jurnalistlərin səhnəyə çıxamaq üçün 80 min TL istədiyi ilə bağlı sualını "mən bunu sizdən eşidirəm" deyə cavablandırıb.


Müəllif: Ruslan