Azərbaycanlı müğənni Vüqar Muradov məşhurlara sosial şəbəkədə yazılan mənfi rəylərdən danışıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı bildirib ki, izləyicilərindən biri təhqir etsə, ona zorakılıq tətbiq edə bilər: “Tənqidə dözən insanam, təhqirə qətiyyən. Məni təhqir edən insan yanımda olsa, başına oyun açaram.
Bəlkə mən efirə yaraşmayan sözlər dedim... Bəzən kobud sözlər deyirəm. Amma məni bu həddə çatdıran səbəblər olur”.