Məşhur fransız aktyor Jerard Depardye Türkiyə vətəndaşlığını almaq istədiyini deyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Frans Press məlumat yayıb.
“Mən oktyabr ayında Türkiyəyə getmək və prezident Ərdoğanla görüşmək istəyirəm” – deyə fransız aktyor bildirib.
Xatırladaq ki, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin fransalı aktyora rus vətəndaşlığının verilməsi haqda sərəncam imzalamışdı.