Avrovziya-2011 müsabiqəsinin qalibi Nigar Camalın həmkarı Mətanət Əsədovaya söz atması cavabsız qalmayıb.
Teleqraf.com-un məlumatına görə, müğənninin cavabını “Hər şey daxil” verilişində prodüser Tolik (Tarix Əliyev) verib.
O, ifaçının ünvanına bu sözləri deyib: “Heç kimin ətəyində namaz qılmaq olmaz. Günahsız yalnız bizim peyğəmbərlərimizdi. Bu həyatda heç kim kimsəni qınamasın.
İndi bu dəqiqə kimlərsə kiməsə söz atır. Ola bilər ki, haradasa çıxışlar etmisiz. Yenə də qurban olasınız dövlətimizə. Amma bütün günü qısa yubka geyinib ortalığa düşməklə Mətanətə söz atmaq olmaz. Siz Mətanətin oxuduğunun yüzdə birini oxuyun.
İngilis dilində oxuyursuz, elə bilirsiniz ki, dünya sizindi. Hər kəs öz yerini bilsin. Çünki yerinizi bilməsəz, Mətanət sizi yerinizdə otuzdurmasa, mən sizə göstərərəm”.
Qeyd edək ki, bir müddət əvvəl müğənni Mətanət Əsədovanın spirtli içki içdiyi iddia edilən videosu sosial şəbəkədə paylaşılmışdı. İfaçı açıqlamasında spirtli deyil, limon suyu içdiyini bildirmişdi. Nigar Camal isə bu yaxınlarda hovuzda çimərkən çəkilmiş videosunda “Limon suyu içirəm” sözünü demişdi.
Bir çoxları onun Mətanət Əsədovaya söz atdığını iddia edib.