Türkiyəli müğənni Tarkan 3 aylıq qızı Liya və həyat yoldaşı Pınarın sağlam qidalanması üçün qablaşdırılmış məhsulları qadağan edib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni təbii qidalar sifariş verməyə başlayıb.
O, hazırda ana südü ilə qidalanan körpəsinə görə həyat yoldaşının paketlənmiş qidalar yeməməsini istəyib.
Qeyd edək ki, Tarkan qızı ilə daha çox vaxt keçirmək üçün oktyabrda konsert vermək fikrindən daşınmışdı.