“Keyxanım” obrazı ilə tanınan aktrisa Ülviyyə Əliyeva evində baş vermiş oğurluq hadisəsindən danışıb.
Teleqraf.com-un məlumatına görə, aktrisa "Bizimləsən" verilişində bildirilib ki, oğrular onun evinin qapısını açarla açıblar:
"Dörd aydır toyumuz olub, ilk dəfə evdə olmadıq. Qəribə oğurluqdur. Evə girib qızıllara baxana kimi bilmədim ki, oğru gəlib. O qədər rahat işləyiblər ki... 15 min deyilir, amma 24,500 manatlıq qızılımız oğurlanıb.
Götürülən əşyalardan çox, evə oğru girməsinə narahatam. Anamın mənə verdiyi üzüyü saxlayıblar. Bir də 300 dollar pul qoyublar".