Teleqraf.com axşam.az-a istinadən müğənni Aysel Əlizadənin müsahibəni təqdim edir:
- Geyimlərinə diqqət etdiyini bilirik. Qarderobunda ən bahalı libasa nə qədər pul vermisən?
- İstənilən qiymətə paltar alıram. Mənim üçün önəmli olan məbləğ yox, geyimin mənə yaraşmasıdır. Ən bahalı paltarıma 5 min pul vermişəm.
- Alış-verişə çıxarkən ən çox nəyə baxırsan, nə alırsan?
- Daha çox ayaqqabı və çantalara diqqət yetirirəm. Qarderobumdakı ayaqqabıların sayını unutmuşam. Onlara çox pul verəndə heyfsilənmirəm. Ayaqqabılarımın qiyməti 2000-4000 arasındadır.
- Geyimlə bağlı qadağaların olur?
- Bu həyatda heç kimə sənətim və geyimimlə bağlı qadağalar qoymağa icazə vermirəm. Bu mümkün deyil... Çünki mən hər dəfə fərqli əhval-ruhiyyədə oluram. Həmin günə uyğun geyim seçirəm. Kiminsə qadağası buna mane ola bilər. Bu isə mənim ruhumu narahat edir.
- O nədir ki, çantanı onsuz təsəvvür etmirsən?
- Ətir... Mütləq yanımda olmalıdır.
- Hansı ətirlərdən istifadə edirsən?
- Hazırda “Dolce and Gabbana” istifadə edirəm. Amma eyni zamanda “Chanel”, “Amouage”, “Tom Ford” kimi parfümlərim olub. Ətir almaqdan doymuram. Əsas odur ki, iyi ürəyimcə olsun.
- Yanında bacın qızını gördük. Onun nazı ilə oynayırdın. Ümumiyyyətlə, uşaqlarla mehribansan?
- O, mənim ruhumu rahatladır. Düzdür, çox yorğun olanda oynamağa hövsələm çatmır. Ümumiyyətlə isə uşaqlarla xoşbəxt oluram.
- Aysel, balaca qızı görəndə, yəqin ki, ana olmaq həvəsinə düşürsən. İlk övladının oğlan, yoxsa qız olmasını istəyərdin?
- Fərqi yoxdur. Yetər ki, Allah mənə ana olmağı qismət etsin.
- Bəs, yaxın günlərdə ailə qurmaq planın var? Aysel nə cür sevgi yaşamaq istəyir?
- Sevgi cəbhəsində hazırda boşluqdur. Ailə qurmaq isə qismətdir... Allah nə vaxt nəsib etsə, onda da olacaq. Sevginin ən gözəlini yaşamaq istəyirəm. Məni qəlbən xoşbəxt etsin. Bunu, hələ ki, yaşamamışam.