1 Dekabr 2018 09:48
1 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afaq Aslan növbəti dəfə ailə quracaq.

Bu barədə Teleqraf.com-a açıqlamasında ifaçının özü deyib.

O bildirib ki, artıq toy hazırlıqları başlayıb:

“Hər bir qadın xoşbəxt olmaq istəyər. Bilənlər bilir ki, mən bir dəfə ailəli olub, boşanmışam. Özü də elə bir adamla ailə qurmuşdum ki...

Yəni əsl şahzadə həyatı yaşayırdım. Bu günümə də şükür. Keçmiş artıq keçmişdə qalıb. Mən keçmişlə yaşayan insan deyiləm. İndi yalnız özəl günüm barədə düşünürəm. Yaxın zamanda toy olacaq.

Ailə qurduğum şəxsi də görəcəksiniz. İş adamıdır. Məclisimizdə yalnız bizim ailəyə yaxın insanlar iştirak edəcək”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər