13 Dekabr 2018 10:39
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Almaz Ələsgərli sosial şəbəkədə yeni doğulan nəvəsinin fotosunu paylaşıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı şəklə "Nənəsinin döyünən ürəyi, nəfəsi Melissa balam. Allah hər kəsin balasını xoşbəxt, bəxtəvər etsin" sözlərini qeyd edib.

Qeyd edək ki, Almaz Ələsgərlinin qızı Mədinə İsveçrədə yaşayır. Bu onun ikinci evliliyidir. Mədinə bu ilin oktyabrında ana olub.


Müəllif: Aygül Qarayeva