ATV-də yayımlanan "Maşın" şounun ilk buraxılışı gözlənilməz anlarla yadda qalıb.
Teleqraf.com-un məlumatına görə, yarışın növbəti günündə aktyor Sərxan Kərəmoğlu sms səsverməsinə çıxarılıb.
Sonda Kərəmoğlu 56,33 faiz səs yığaraq verilişdə qalıb və yarışmadan meyxanaçı Oktay Kamili uzaqlaşdırıb. Veriliş zamanı Oqtayın Sərxan barəsində dediyi sözlər ikincinin xoşuna gəlməyib. Sərxan məhz bu səbəbdən meyxanaçını uzaqlaşdırdığını deyib.
Xatırladaq ki, hazırda şouda mübarizəni əməkdar artist Ruhəngiz Allahverdiyeva, şairə Nazilə Səfərli, müğənni Mina Hüseyn, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Aysel Nazim, Nərgiz Əliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şəriyev, Taleh Yüzbəyov davam etdirir.