“Eurovision-2011”-in qalibi Nigar Camal şəxsi həyatından danışıb.
Teleqraf.com-un məlumatına görə, o, “ATV maqazin onlarla” verilişində bildirib ki, hələ 2-ci dəfə ailə həyatı qurmaq istəmir: “Sosial şəbəkədə gəlinlik paltarında paylaşdığım şəkil bir zarafat idi. Hələ ailə qurmaq istəmirəm. Evlənsəydim, toydan sonra şəkili göstərərdim. Hələ ki belə bir şey yoxdur”.
Qeyd edək ki, Nigar Camal türkiyəli şəxslə evli olub, boşanıb. İfaçının həmin evlilikdən iki qızı var.