Müğənni Xatirə İslam verilişlərə dəvət olunan qeyri-peşəkar musiqiçilərdən gileylənib.
Teleqraf.com-un məlumatına görə, ifaçı “Ən yaxşısı" verilişində bu sözləri deyib:
"Bəlkə bu sözlərimi efirə verməyəcəklər, televiziya işçilərinin xoşuna gəlməyəcək, montaj edəcəklər. Amma bu məqama toxunmaq istəyirəm. Televiziya proqramlarında ciddi sənətlə məşğul olmayanlar çoxdur. Oxuya bilməyəni əvvəl çətin efirə buraxardılar.
İndi belələri efirə çıxır, məsləhtlər verirlər. Onların musiqi savadı, müəllimləri yoxdur. Amma sərbəst efirə çıxırlar. Baxıram, televizorda bir qız oxuyur, deyirəm, bu kimdi? Məlum olur ki, İnstaqramda tanınır. Ona aparıcılar da yaxşı münasibət bəsləyirlər.
Biz o vaxt görürdük ki, eləsini aparıcı vurardı, cırmaqlaya-cırmaqlaya irəli gedirdik. Toylara da onları dəvət edirdilər. Bir-iki klip çəkib, özlərini musiqiçi sayırlar. Get-gedə hər şey pisləşir ".