Müğənni Lalə Dadaşova müğənni Sevinc-Sevil Səfərova bacılarının xalq artisti Brilliant Dadaşova barəsində dediyi “Şəxsiyyət vəsiqəsində yaşını azaldıb” sözlərə münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, “Səhər-səhər” verilişinə qonaq olan Lalə bacısının müdafiəsinə qalxıb: “İnsan ilk öncə güzgüyə baxar və deyər ki, qarşımdakı söz atmağa layiqdir, yoxsa yox. Onlar Brilliantın səviyyəsinə çata bilərmi? Vaxt var idi İlhamə Quliyeva Brillianta sataşırdı. Amma Brilliant ona cavab vermirdi. İndi bunlar kimdi ki, ona cavab versin.
Brilliantın ayaqlarının bildiyini, onların başı bilmir. Sən kimsən ki, Brilliantın adını çəkirsən. Brillaintın adını çəkən qarşında məni görsün.
Brilliant anasını vaxtsız itirdi, onu qucağımda böyütmüşəm. Bacımı dünya tanıyır. Siz kimsiniz ki, bacıma da nəsə deyəsiz. Biz tərbiyəli evin qızlarıyıq”.