24 Dekabr 2018 17:20
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Tacir Şahmalıoğlu 3 il əvvəl dünyasını dəyişən qardaşı barədə “Olduğu kimi” verilişində danışıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı bildirib ki, məhrum qardaşının övladlarını görə bilmir.

Tacir deyib ki, gəlin uşaqları qaçırıb. İfaçının anası aparıcı Zaur Nəbioğlunun "Düzdürmü ki, 4 aydır qardaşın uşaqlarını görə bilmirsən" sualına belə cavab verib:

"Gəlin uşaqları məndən qaçırıb. Ona heç nə etməmişəm. Mənim kimi qayınana heç harda yoxdur. Uşaqlar mənim can-ciyərlərimdir".

Verilişin yaradıcı heyəti gəlinlə əlaqə saxlayıb. O isə Tacirdən maddi və mənəvi dəstək almadıqlarını bildirib, yalan danışdıqlarını deyib.

Tacir cavabda deyib: "Hər bir ailədə mübahisə olur. Mən hər vaxt o uşaqların arxasında dayanacam. O, uşaqları göstərsə də, göstərməsə də. Bilirəm ki, o uşaqlar böyüyəndən sonra əmisinə ehtiyacları olacaq. İmkan olduqca biz 3 qardaş heç öz balalarımıza etmədiklərimizi onlara etmişik və edəcəyik.

Amma… Lənət şeytana ... Bu, çox çəkməz. O da bunu başa düşəcək.

Mən onu da başa düşürəm. O insanın ailəsi dağıldı. Durduğu yerdə uşaqlarının atasını, evinin başçısını itirdi".

Qeyd edək ki, müğənninin qardaşı Mahir Allahverdiyev dənizdə boğularaq dünyasını dəyişib.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər