29 Avqust 2014 11:34
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Təranə Səmədovanın xəstəxanadan fotosu yayılıb.

Prodüserin İnstaqram səhifəsində paylaşdığı şəkil səs-küyə səbəb olub. Hər kəs Təranənin səhhəti ilə bağlı suallar ünvanlayıb.

T.Səmədova əməkdaşımızla söhbətində palatada lentə alınan fotonun proqram çəkilişi ilə bağlı olduğunu deyib:

“Sentyabrda aparıcı kimi tamaşaçı qarşısına çıxacam. Bu da verilişimdəki anons çəkilişinin bir hissəsi idi. Bunun üçün beş obraza girmişəm. Anonslar ayın 1-dən efirdə yayımlanacaq. Veriliş isə sentyabrın 15-də göstəriləcək. Hər gün “Space” kanalında səhər saat 11-in yarısından 12-yə kimi canlı efirdə olacam. Təklif “Baku art lab” studiyasından gəlib. Əvvəl redaktor kimi çağırdılar, daha sonra aparıcılıq təklif edildi. Bir neçə gün düşündükdən sonra razılaşdım. Bu günə kimi bir neçə dəfə aparıcılıq etmişəm, az da olsa, təcrübəm var. Hər gün şou-biznesin tanınmış simalarını qonaq edəcəm, maraqlı efir hazırlayırıq”.














Müəllif:

Oxşar xəbərlər