Hollivudun məşhur cütlüyü Ancelina Coli və Bred Pittin toyu ilə bağlı söz-söhbət səngimək bilmir.
Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, aktrisanın atası Con Voytu toyuna dəvət etmədiyi məlum olub. 75 yaşlı aktyor qızının ailə qurması haqqında xəbəri elə mətbuatdan alıb.
Ata və qızın münasibətlərində hər zaman soyuqluq olub. Çünki Con Voyt 8 illik evlilikdən sonra anasını və 2 uşağını tərk edərək başqa bir eşqə yelkən açmışdı. Atasının bu hərəkətini bağışlaya bilməyən Coli illər sonra özü də Bred Pittin Cennifer Enistonla olan xoşbəxt evliliyini sonlandıraraq onunla münasibət qurmuşdu. Amma buna baxmayaraq Coli heç vaxt tənənəli mərasimlərə və xüsusilə uşaqlarının doğum günlərinə atasını dəvət etməyib. Yaxın vaxtlarda isə onlar aralarındakı incikliyə son qoyaraq barışmışdılar. Bu məsələdə Bred vasitəçi rolunu oynayıb. Son üç ildə Voyt qızının həyatında baş verənlərə biganə qalmır, nəvələri ilə görüşürdü.
Toya onun dəvət olunmaması isə yenidən söz-söhbətə səbəb olub. Lakin Voyt bundan incimədiyini və Colini anlamağa çalışdığını söyləyib.