12 Aprel 15:59
960

Müğənni Eldar Qasımov ARB TV-nin “Show news” verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov deyib ki, “Məsafələr” adlı yeni mahnısına klip çəkdirib.

Eldar daha sonra yeni klipindən və mahnıdan danışıb:

“Məsafələr mövzusu mənə çox toxunur. Düşünmürəm ki, insanların çoxu məsafəli sevgi yaşayır, amma bəziləri var. Mən onlara səslənmək istəyirəm ki, tək deyillər. Çox çətindir, hərdən qucaqlamaq, öpmək istəyirsən. Amma “whatsapp”, “skype” kamerası vasitəsilə danışmaq insanı qıcıqlandırır.

Hərdən mən elə düşünürəm ki, elə məsafələr yaxşıdır. Çünki sən darıxa bilərsən və darıxdığın insan da sənin üçün darıxa bilər”.

Qeyd edək ki, müğənni homoseksuallara dəstək çıxaraq, onlara pis baxmadığını bildirmişdi.


Müəllif: Teleqraf.com