19 Aprel 2019 16:14
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sənətkar kimi hər zaman arxamca yaxşı və pis danışanlar olub. Gərək həyatda elə bir cümlə olasan ki, heç zaman sənə nöqtə qoya bilməsinlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva özünün İnstaqram səhifəsində yazıb.

Yeni fotosessiya etdiyən ifaçı son günlər qardaşı qızı Pərvanə Dostəliyevanın sosial şəbəkədə yaydığı videoya işarə edərək, izləyicilərinə bir az da fotoları barədə danışmaları üçün çağırış edib.

Xalq artisti qardaşı qızının ona bənzədiyini bildirən izləyiciyə “Bakıda mənə oxşar qızlarımız çoxdur, onların hamısı qardaşqızlarımdır?” - deyə cavab verib.

İnstaqramın şərh bölümündə onu ittiham edib, süni və qeyri-səmimi adlandıranlara isə Nazpəri Dostəliyevanın cavabı belə olub: “Adətən, belə fikirləri qadınlar söyləyir, çünki qısqanclıqları onları məcbur edir”.


Müəllif: Leyla

Oxşar xəbərlər