24 Aprel 2019 12:06
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində Sem Smiti əvəzləyəcək müğənni bəlli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Onun sözlərinə görə, britaniyalı müğənnini həmyerlisi Jessi J əvəzləyəcək.

Smitin aprelin 27-də Bakıda SOCAR Azərbaycan Qran-prisi çərçivəsində nəzərdə tutulan konserti ləğv olunub. Britaniyalı müğənni ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından, həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.

Cardi B ləqəbli Belkalis Almanzarın aprelin 28-də Bakı Kristal Zalındakı çıxışı isə baş tutacaq.

Qeyd edək ki, “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.

11:30

Sem Smitin aprelin 27-də Bakıda “Formula 1” üzrə SOCAR Azərbaycan Qran Prisi çərçivəsində nəzərdə tutulan konserti baş tutmayacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Teleqraf.com-a verilən məlumata görə, britaniyalı müğənni ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından, həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.

Cardi B ləqəbli Belkalis Almanzarın aprelin 28 apreldə Bakı Kristal Zalındakı çıxışı baş tutacaq.


Müəllif: Nərgiz