"People" jurnalı 2019-cu il üzrə dünya gözəlini seçib.
Teleqraf.com xəbər verir ki, bu, amerikalı aktrisa və prodüser Cennifer Qarnerdir.
Secimdən sonra Cennifer jurnalın xüsusi buraxılışının üz qabığına çəkilib.
Jurnala müsahibə verən aktrisa həyatı ilə bağlı maraqlı məqamları açıqlayıb.
"Gəncliyimdə özümü cazibədar hesab etmirdim. Valideynlərim də heç vaxt gözəl olduğumu söyləməyiblər. İndi də idman üslubunda geyinirəm, düzgün makiyaj etməyi bacarmıram" deyə, aktrisa bildirib.
Özünü ən çox fotosessiyalardan sonra cazibədar hesab etdiyini deyən aktrisa uşaqlarının onun makiyajlı halını sevmədiyini dilə gətirib:
"Evə gələn kimi uşaqlar üzümü təmizləyib, saçlarımı toplamağı xahiş edirlər. Bunu kompliment olaraq qəbul edirəm. Çünki, onlar məni sadəcə ana olaraq görmək istəyirlər”.
Qeyd edək ki, 3 uşaq anası olan Cennifer 2005-ci ildə aktyor Ben Affleklə evlənsə də, bu nikah 2017-ci ildə pozulub.
Cennifer "Cəsus", "Timoti Qrinin qəribə həyatı" kimi filmlərdə rol alıb.
"People" 1990-cı ildən başlayaq hər il dünyanın 50 ən gözəl qadınının siyahısını hazırlayır.
Jurnal 2018-ci ildə müğənni Pinki dünyanın ən gözəl qadını seçmişdi.