Məşhur türk aktirsası Deniz Çakır hicablı qadınları aşağıladığı üçün məhkəməyə verilib.
Teleqraf.com xəbər verir ki, barəsində mülki iddia qaldırılmış aktris 8 oktyabrda hakim qarşısına çıxacaq.
Qeyd edək ki, Dəniz bir müddət öncə getdiyi bir kafedə 6 hicablı qadına yaxınlaşaraq "Nə gəzirsiniz burada? Səudiyyə Ərəbistanına gedin" sözlərini deyib. Sonradan onun yaxınları yayılan iddiaların yalan olduğu barədə açıqlama versə də, artıq İstanbul Prokurorluğu Dəniz Çakırla bağlı istintaqa başlayıb.