"Bozbash pictures"in ərsəyə gətirdiyi "Buğlama" komediyasında bu dəfə müğənni Şəbnəm Tovuzluya söz atıblar.
Aktyorlar Nicat Rəhimov və İlkin Miskərlinin rol aldığı ekran işində sənətçinin "Amerika Avropanın paytaxtıdır" sözləri ələ salınıb.
"Buğlama"nın sözügedən bölümü bu gün ATV-də yayımlanacaq./Axşam.az/