Azərbaycanı 2012-ci ildə "Eurovision"-da təmsil edən əməkdar artist Səbinə Babayeva dünənki final haqda fikirlərini bölüşüb.
Teleqraf.com xəbər verir ki, müğənni indiyədək yarışmada iştirak edən təmsilçilərimiz arasında ən yaddaqalanı Aysel cə Araşın çıxışı olduğunu bildirib.
"Həm yaddaşımda, həm ürəyimdə yalnız bir nömrəmiz qalıb: o da Ayselin çıxışı idi".
Səbinə Babayeva builki "Eurovision" təmsilçimiz Çingiz Mustafayevin də çıxışını müsbət qiymətləndirib.
Əməkdar artistin sosial şəbəkə hesabından yazdığı bu status izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.