10 İyun 2019 17:17
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova stilist Elnur Həsənovun doğum günündə “Brilliantlar” mahnısını ifa edib.

Teleqraf.com Axşam.az-a istinadla xəbər verir ki, o, ifasından sonra “Nəhayət ki, mənim də adıma bir mahnı var” deyə, bildirib.

Həmkarı, Xalq artisti Zülfiyyə Xanbabayeva isə mikrofonu götürərək, “Sağ olsun, Nura Suri. Allah onun canını sağ etsin ki, sənin adına mahnı oxuyub” sözləri ilə Brillianta qarşılıq verib.

Dadaşova isə onun bu sözlərini qarşılıqsız qoymayıb, müğənni Zamiq Hüseynovu yanına çağıraraq, Xanbabayevanın adı keçən 6/8 ritmdə köhnə bir mahnını ifa etməyini istəyib.

Xanbabayeva isə əvvəlcə buna əsəbiləşərək, “Sən niyə bu mahnını oxuyursan” deyib, daha sonra sənətçinin ifasından xoşhal olub və rəqs etməyə başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər