2 İyul 2019 18:09
1 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı stilist Rüfət İsmayılın xəbərdarlığına rəğmən, onun kolleksiyasından əlbisə geyinən məşhur müğənni Lil Kim gülüş obyektinə çevrilib.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Lil Kimə “Bet Awards 2019” mərasiminə geyindiyi libasa görə zövqsüz damğası vurulub.

Rüfət İsmayıl müğənniyə hazırladığı geyimin onun vücudunun tipinə uyğun olmadığı barədə xəbərdarlıq etsə də, müğənni stilistlə razılaşmayıb və “The Butterfly Effect” kolleksiyasından olan əlbisəni daşımağa israr edib.

Milyonlarla izləyicisi olan dəb səhifələri belə sözügedən libası ilk dəfə geyinən türkiyəli model Çağla Şikəlin Kimlə fotosunu yanaşı paylaşaraq tənqid edib.

Azərbaycanlı modelyer Rüfət İsmayıl Lil Kimin geyimi rezonans doğurduğundan açıqlama vermək məcburiyyətində qalıb: “2018-ci ildə hazırladığım və kolleksiyamda yer alan bu əlbisəni ilk dəfə Çağla Şikəl dəfilədə geyinib. Lil Kim də bu libası Çağlanın podiumdakı fotolarından bəyənmişdi. Mən Çağlanın məşhur top model olduğunu və bu əlbisə üçün uzun boy və qüsursuz bədən quruluşuna ehtiyac duyulduğunu söyləsəm də, israr edərək, onu geyindi. Kimin yanlış seçiminə görə ən zövqsüz qadını təmsil etmiş oldum”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər