10 İyul 2019 21:00
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Açıq-saçıq geyimləri ilə gündəmdə olan müğənni Afaq Aslan haqda yeni iddia yayılıb.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatda Afaqın bədənini 200 min dollar sığorta edəcəyi bildirilib.

Müğənni yayılan informasiyanın həqiqəti əks etdirmədiyini deyərək, buna görə sosial şəbəkədə fəaliyyət göstərən səhifələri ittiham edib:

“Görəsən bu xəbər səhifələrini işlədən adminlər gecələr nə yeyib yatırlar ki, səhərlər yuxudan oyananda həqiqətləri əks etdirməyən xəbərləri yazıb yaymaqla məşğuldurlar”.

Fotonu təqdim edirik:


Müəllif: Yalçın Uğur

Oxşar xəbərlər