Tanınmış aparıcı Elçin Əlibəylini həyat yoldaşı Dilrubanın döyməsi haqda xəbər yayılıb.
Teleqraf.com xəbər verir ki, Elçin Əlibəyli sosial şəbəkədə məsələyə belə münasibət bildirib:
“Mənə qarşı kampaniyaya başlayıblar! Bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyurlar. Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər! Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracağam!”.
Məlumat üçün bildirək ki, Dilruba Vaqifzadə Türkiyədə təhsil alır.
Elçin Əlibəylinin həyat yoldaşı Dilruba Vaqifzadə də Feysbuk səhifəsində bu barədə yazıb: “Qaralama kampaniyası qurulur. Burda tək narahat olduğum övladımızdır. Bu xəbəri yayanlar məhkəmədə balama görə cavab verəcəklər. Bu qədər yox da...”
Döyülmə haqda saytlardan biri bu gün məlumat yayıb. Qeyd edilib ki, Elçin Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Dilrubə Vaqifzadə xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.
Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.