25 Noyabr 2019 12:16
3 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə FOX TV-də yayımlanan “Savaşçı” serialında rola alan rejissor Kənan M.M Teleqraf.com-un suallarını cavablandırıb.

- Kənan bəy, Bakıya nə zaman gəlmisiniz?

- Bu gün səhər gəldim. Türkiyədə çəkilişlərimiz davam edir. Amma tez-tez Bakıya gəlib gedirəm.

- Siz və həyat yoldaşınız Aygün xanım türk sənətçisi Mahsun Kırmızıgüllə görüşdünüz. Görüşün səbəbi nə idi?

- Mahnsun Kırmızıgül “Möcuzə” filiminin qala gecəsinə dəvətnamə verirdi. Eləcə də Mahsun Kırmızıgül Aygün xanımla Azərbaycan mahnısına duet də oxuya bilər. Amma deyir, gərək mahnı xoşuna gəlsin... Köhnə yox, yeni bəstəkar mahnılarına müraciət ediləcək.

- Duet Türkiyə şou-biznesi üçün nəzərdə tutulur?

- Hər iki ölkədə yayımlana bilər.

- Deyəsən, Aygün xanıma qadağalarınız çoxdur...

- Aygün harada nə edəcəyini bilir. Ona elə bir qadağa qoymamışam.

- “Savaşçı” serialının çəkilişləri necə gedir?

- Serial çəkilişlərimiz davam edir. Orada aktyor olaraq hər şey qaydasındadır. Amma Azərbaycan və buradakı dostlarım üçün çox darıxıram. Hətta bir neçə dəfə xahiş etmişəm ki, məni yola salsınlar. Amma yola salmayıblar... Sadəcə bilmirəm oradakı işimi bitirsəm, burada nə işlə məşğul olacam? Ailəm buradadır, onlar üçün darıxıram.

- Bir müddət əvvəl Türkiyədə başqa seriallardan da təklif gəldiyini qeyd etmişdiniz...

- Hazırda bir seriala çəkilirəm, başqasında çəkilmək şansım yoxdur. Amma bir-iki film təklifi də gəlib. Onlardan birində çəkiləcəm. Qonorar haqqında açıqlama verməyəcəm. Buradakından yüksəkdir. Yayda serialın çəkilişləri dayanan zaman üç ay Azərbaycanda qaldım. Amma heç bir serial və filmdən təklif gəlmədi.

- Özünüz film çəkin. Bir müddət əvvəl film çəkdiyiniz kimi...

- Mənim çəkdiyim filmlərə baxılmır, Azərbaycanda tamaşaçısı tapa bilmir. Səbəbini bilmirəm. Bilsəm komediya janrında film çəkərəm.

- Aktyor Elməddin Cəfərov da bir müddət bu sahədən uzaqlaşmaq istədiyini dedi....

- Yəqin Elməddin sindrom yaşayır. O hər bir sənətçidə olur. Mən də keçən il o sindromu yaşadım. Kişilər ürəyinə salır. Mən bu haqda heç kimin bilməsini istəmədim.

Üç ay Azərbaycanda qalanda işsiz idim, taksi sürürdüm. Heç bir kanalda, serialda, filmdə rol almadım. Mənə yaxın durmadılar. Buna görə bir az sındım. Düşündüm ki, 20 ildir fəaliyyət göstərən Kənan M.M heç kimə lazım deyil?

Bu hadisə keçən yay baş verib. Serial çəkmək istəyirdim. Dediyim kimi heç bir serial və filmdən mənə təklif gəlmədi. Hansı kanala serial üçün təklif etdim, qəbul etmədilər. İstəyirdim ki, burada çəkilişlərə davam edim. Mənə Azərbaycan “yox” dedi, Türkiyə sahib çıxdı. Bunlar məni incidir.

- Siz tanınmış insansınız. Taksi sürücüsü kimi sizi necə qarşıladılar?

-Tanınmış insanı Mədəniyyət Nazirliyində tanıyarlar. Məni heç kim tanımır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər