“Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasovun evi ilə bağlı növbəti məhkəmə prosesi baş tutub.
Müşfiq Abbasov Teleqraf.com-a açıqlamasında bu barədə danışıb:
“Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamadı və mənim xeyrimə qərar çıxardı. Ev məndə qaldı. Bütün mətbuat nümayəndələrinə dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Növbəti məhkəmədə xeyrimə qərar çıxaralacağına inanıram”.
Qeyd edək ki, Müşfiq Abbasovun 145 minlik dəyərindəki mənzili iki nəfərə satılıb.