18 Fevral 2020 17:34
1 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük oğlumun 24, kiçik oğlumun 22 yaşı var. Kiçik oğlum diribaş uşaqdır. Deyəsən, böyükdən tez evlənəcək. Böyük bir az seçicidir. Avropada oxuyan uşaqlar fərqli olurlar. Neçə dil bilirlər. Hər ikisi yanımdadır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Evdəkilərə salam” verilişində müğənni Nadir Qafarzadə deyib.

Oğlunun evlənməsini istəyən müğənni ona qız tapdığını da etiraf edib: “İndi övladların işinə çox qarışmaq olmur. Evlənmək işinə də müdaxilə etməyəcəm. Məsləhət verə bilərəm ki, filankəsin yaxşı, sağlam ailəsi var. Mənim bir fikrim var, bir dostum xaricdə yaşayır, diplomatdır. Bunu oğlum və Sevinc də bilmir. Onun qızı hələ məktəbdə oxuyur. Əvvəl Amerikada indi isə Fransaya gediblər.

O ailə çox ürəyimcədir. Kübar ailədir. Onunla qohum olmağı çox istəyirəm. Düşünürəm ki, yaxşı qaynata olacam”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər