3 Mart 2020 18:14
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu Şəhərdə” komandasının mart ayında baş tutacaq “CanaVar” adlı konserti təxirə düşüb.

Teleqraf.com xəbər verir ki, “Bu şəhərdə” komandası sosial şəbəkədə video paylaşaraq “Koronavirusa görə konsertimiz may ayının sonunda baş tutacaq. Biletlərin hamısı etibarlıdır.

Həmin biletlərlə may ayının 28,29,30,31-də Heydər Əliyev adına Sarayda baş tutacaq konsertdə iştirak edəcəksiniz” deyə, qeyd ediblər.

Qeyd edək ki, “Bu şəhərdə” komandası martın 4-dən 8-dək “CanaVar” adlı konsert proqramı ilə çıxış edəcəkdilər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər