Xalq artisti Tünzalə Ağayeva həmkarı Rəqsanə İsmayılovaya cavab verib.
Teleqraf.com xəbər verir ki, Tünzalə Ağayeva İnstaqramda video paylaşaraq "Təəssüflər olsun ki, bir çox insanlar işlərini itiriblər. "Sevməli" mağazası az təminatlı ailələrə nə qədər yardım göndərib" deyə qeyd edib.
Xalq artisti daha sonra İnstaqramda yardım etdiyi insanların onun haqqında yazdığı fikirləri paylaşıb. Orada şəbəkə istifadəçilərindən birinin onun haqqında bildirdiyi statusu paylaşıb: "Tünzalə xanım hər zaman az təminatlı ailələrə kömək edib. Sadəcə bunu reklam etməyib. Məncə, Rəqsanə İsmayılova üzr istəməlidir".
Qeyd edək ki, Rəqsanə İsmayılova Tünzalə Ağayevanın ünvanına bu sözləri demişdi: "Xalq artisti adını alıb, evdə oturub şokolad mağazası açmaqla deyil. Halal xoşunuz olsun. Əziz Tünzalə xanım, səni də, sənətini də çox sevirəm. Amma şokoladı müğənnilərin evlərinə göndərib, reklam etdiyinizə, sizi xalq artisti fəxri adına layiq görən xalqın övladına xərcləyin. Müğənni onsuz da şokolad yeyir, onun ehtiyacı yoxdur. Hər birinin evinə şokalad göndərib, reklam elətdirirsiniz. Onu yetimlərin evinə göndərin".
Xalq artisti Tünzalə Ağayeva “Sevmeli by Tunzale” brendi ilə şokolad istehsalına rəhbərlik edir.