"ASAN FM" radiosunun rəhbəri Emin Musəvi "Evdə həyat var" kampaniyasına qoşulub.
Teleqraf.com xəbər verir ki, Emin Musəvi karantin rejimini belə keçirdiyini açıqlayıb:
"Evdəki həyatım iki hissəyə bölünür. Birincisi işlə bağlıdır, ikinci hissə isə uşaqlarla. Boş vaxtdan səmərəli istifadə edirəm.
Uşaqlara ingilis dilini öyrədirəm, onlar hələ məktəbə getmirlər. Mən də yutub vasitəsi ilə onlayn mənbələrə istinadən müxtəlif mətn və videolar göndərib onlara ingilis dili öyrədirəm.
Artıq bir neçə söz və cümlə də bilirlər. Siz də vaxtınızdan səmərəli istifadə edin və evdəkilərə vaxt ayırın. Uşaqların biliklərini artırmağa çalışın".