Əməkdar artist Elza Seyidcahan oğlu Əkbərin həyat yoldaşı Xəyalə ilə küsülü olmasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Elza Seyidcahan Xəzər TV-də yayımlanan 5/5 verilişində aparıcının "Eşitdiyimə görə, gəlininizlə küsülüsünüz?" sualına belə cavab verib:
"Gəlinimlə niyə danışmıram? Əlbəttə ki, bu, ağ yalandır. Onu kim deyir? Uydururlar. Oğlum Əkbər ailəsinin mediaya çıxmasına icazə vermir".
Daha sonra əməkdar artist aparıcının təkidi ilə telefonla gəlini ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Elza Seyidcahanın oğlu Əkbər ikinci dəfə evlənib. Onun bu nikahından bir övladı var.