Məşhur rejissor Kənan M.M karantin qaydalarını pozaraq həbs edilən idmançı Kamil Zeynallının anasına baş çəkib.
Teleqraf.com xəbər verir ki, Kənan M.M idmançının anası Sahilə xanımın evinə gedib.
O, fotonu sosial şəbəkədə paylaşaraq "Mənim gözəl Sahilə anam, Kamil sizi bir neçə günlük bizə əmanət edib. Elə dost üçün təşəkkür edirəm" deyə qeyd edib.