Amerikalı məşhur repçi, milyarder Kanye Uest bu dəfə xeyriyyə işləri ilə gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, sənətçi polis zorakılığının qurbanı olan Corc Floydun qohumlarına və bu əməllərdən zərər çəkən digər afroamerikalıların hesabına 2 milyon dollar vəsait köçürüb.
Bu barədə Kanyenin rəsmi nümayəndəsi məlumat verib.
O bildirib ki, həmin pulun bir qismi Floydun 6 yaşlı qızının təhsilinə xərclənəcək.
Qeyd edək ki, mayın 25-də Minneapolisdə Corc (George) Floyd polis əməkdaşlarının ittiham olunduğu bir hadisə zamanı qətlə yetirilib. İnternetdə yayılan görüntülərdə 3 polisin Floydun qollarını qandallayıb onu yerə yıxdıqları və üstünə oturaraq yerə sıxdıqları, onlardan birinin isə dizini boğazına basdığı nəzərə çarpır. Bir neçə dəfə “nəfəsim daralır” deyən Floyd sonra hərəkətsiz qalır. Xəstəxanaya çatdırılan zərərçəkən orada dünyasını dəyişib.