"Bir çoxlarını uşaqlıqdan belə öyrədiblər. "Qonşunun qızına bax, necə yaxşı oxuyur, sən niyə oxumursan" və sair. Ona görə insanlarda uşaqlıqdan özünü kiminləsə müqayisə etmək və rəqabət aparmaq funksiyası formalaşır. Dünyagörüşünüzü artırsanız bu stereotiplərdən azad olarsınız".
Teleqraf.com xəbər verir ki, bu sözləri "Avroviziya 2016” təmsilçimiz Səmra Rəhimli İnstaqramda hekayə bölümündə yazıb.
Zaman-zaman açıq-saçıq geyimlərinə görə tənqid edilən müğənni daha sonra bu sözləri qeyd edib:
"Heç kim heç kimi tənqid edə bilməz. Hər kəsin öz həyatı, öz seçimləri və öz yaşadıqları var. Heç kimin nə yaşadığını bilmirik və şəxsi həyatına qarışmaq haqqımız yoxdur".