Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə ailə üzvlərinin də koronavirusa görə test edildiyini açıqlayıb.
Şəhla Bağırzadə Teleqraf.com-a açıqlamasında bu haqda məlumat verib: "Mən və ailə üzvlərimiz koronavirusa görə test edildik. Testin nəticəsi neqativ çıxdı".
Qeyd edək ki, Bəhram Bağırzadə koronavirusa görə iyunun 13-dən Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib.