13 İyul 2020 17:19
7 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə paylaşımı ilə təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova İnstaqramda oğlu Cahad Hacıyev ilə videosunu paylaşaraq bu sözləri yazıb: "Allahım, aman-zaman uşağımı şeytandan, şər-böhtandan qoru! Oğlum, məni bağışla, səni qoruya bilmədim. Kaş sənə əvvəldən "milli xüsusiyyətimiz"ə çevrilmiş sözbazların, ifaçıların, paxıl ünsürlərin çoxluq təşkil etdiyini balacalıqdan izah edərdim. Hamımızın balasını Allah qorusun! Bəndə kimdir ki".

Xalq artisti oğlu ilə arxiv videosunu ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüş zaman paylaşdığı üçün onu tənqid edən şəbəkə izləyicilərinə də cavab verib:

"Heç kim narahat olmasın, ölkəmizdə səfərbərlik elan edildiyi gün oğlum qarışıq, tək və cüt övlad demədən bütün Azərbaycan övladları cəbhəyə gedəcəklər. Xalqımız 30 ildir şəhid verir".

Qeyd edək ki, Cahad Hacıyevin sosial şəbəkədə "Fairmont Baku” hotelində baş verənlərlə bağlı sosial şəbəkədə "Ay işverənlər, siz ona görə incimisiniz ki, "Fairmont"a dəvət etməyiblər" - deyə, qeyd etməsi insanlar tərəfindən birmənalı qarşılanmamışdı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər