Xalq artisti Məleykə Əsədova qızı Güləri doğum günü münasibəti ilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Məleykə Əsədova İnstaqramda bu sözləri yazıb: “8 sentyabr Allahımın mənə hədiyyə etdiyi böyük gün! Özəl günüm! Başımın tacı, yaşamaq eşqim, doğum günün mübarək. Əlin əlimdə, başın çiynimdə, gözlərin gözlərimdə, “mama” deyən səsinlə məni xoşbəxt edirsən. Allahım səni xoşbəxt etsin.
Mənim ağıllı qızım, Allahdan sənin can sağlığını və xoşbəxt günlər görməyini arzu edirəm. Çox savadlı olmağını, ali məktəbə girməyini, başlıcası, ən yaxın dostunun ağıl olmasını arzu edirəm. Allah tezliklə dünyanı bürüyən bu bəladan bizi qurtarsın. 15 yaşını COVID-19-a görə gözəl qeyd edə bilməyəcəyik. İnşallah, özəl günlərin qarşıdadır.
Əsas sevgi dolu qəlbi ilə anan yanındadır. Buna sonsuz şükürlər edək. Gözəl Allah mənim və sənin ürək çırpıntılarımızı sevgi ilə hiss etməyimizi, sağlam canımızı və ağlımızı bizə çox görməsin. Həyat qabaqdadır. Çox gözəl yaşına qədəm qoydun. Qədəmin mübarək olsun!”