"Mançester Yunayted"in futbolçusu Rayan Qiqqz barədə ilginc xəbər yayılıb.
Uelsli keçmiş oyunçunun bacısı Nataşa Qiqqzlə intim münasibətlərdə olduğu iddia edilib.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb. Belə ki, məsələni elə futbolçunun bacısı Nataşa özü üzə çıxarıb:
"Çox böyük səhvə yol vermişəm. Təəssüf ki, 8 il qardaşımla birlikdə olmuşam. Bilirəm ki, Rayanı da bu hərəkətimlə, danışdıqlarımla zərbə altında qoyuram. Sirrimizin açılmasından xəbər tutsa, dəli olacaq”.
Məlumat üçün bildirək ki, bundan öncə də Qiqqzin qardaşının həyat yoldaşı ilə də bu cür münasibətləri barədə xəbərlər yayılımışdı.
Xatırladaq ki, Qiqqz futbolçu karyerasını keçən il başa vurub. O, hazırda Lui van Qaalın köməkçisi kimi çalışır.