7 Dekabr 2020 10:24
1 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatun Əliyeva koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, Xatun Əliyeva bu haqda İnstaqram hesabında məlumat verib.

"Virusa yoluxmamaq mümkünsüz həddə çatıb. Nə qədər qorunsam və bütün deyilənlərə əməl etsəm də virusa mən də yoluxdum.

Çünki daşıyıcılar aramızdadır, insanların çoxu məsuliyyətsizdir. Çoxu daşıyıcı olduğu halda rahat-rahat insanların arasına çıxır, ətrafında olan hər kəsi də yoluxdurur. Biz sənət adamları bəzən məcburuq ki, hansısa tədbirlərdə iştirak edək, amma bu vecsiz insanların ucbatından biz də yoluxuruq. Mən indi məcburam ki, bütün iş-gücümü yox sayıb, evə qapanım. Çünki ətrafımdakıların canını da düşünürəm. Yazıqdır axı bu camaat. Bir ildir ki, bu virus yaxamızı buraxmır. Niyə, vəziyyətin ciddiliyinə varmırsınız?

Hər gün virusun aldığı canların sayını görmək xoşunuza gəlir? Hərə öz canına yiyə dursun. Özünüzü narahat hiss edən kimi həkimə müraciət edin, evdən çıxmayın. Virus barədə vaxtında bilib, tez müalicə olunsaq qorxulu fəsadlar vermir.

Eləsi də var ki, üç-beş günə özünü yaxşı hiss edir, evdə sıxıldığını bəhanə edərək çölə çıxır, insanları yoluxdurur. Bəlkə də sənin vecinə almadığın və asan keçirdiyin bu xəstəlik kimin üçünsə bir dəhşətdir, yaxud da ölümə bərabərdir. Hamımızın onsuz da anormal qaydalardan, işsizlikdən əsəblərimiz korlanıb, bunun öhdəsindən gəlmək üçün bir olmalıyıq. Allah bütün xəstələrə şəfa versin!".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər