Tanınmış teleaparıcı Günay Firudinqızı koronavirusdan dünyasını dəyişən anası haqqında paylaşım edib.
Teleqraf.com xəbər ki, aparaıcı İnstaqram hesabında anasının fotosunu paylaşaraq duyğusal sözlər yazıb:
"Ana, sənsiz necə yaşayım? İndi artıq gecələr də, açılan səhərlər də mənim düşmənimdir. Sənsizliyin sızıltısı ən çox o zaman içimi göynədir. Bu elə bir sızıltıdır ki, ağrısına heç bir dərman kar eləmir. Yəqin ki, indi sən də öz sevdiyin anana qovuşmusan. Bəlkə də xoşbəxtsən ki, bu cəhənnəm dünyasından cənnət dünyasına getmisən. Səni sevirəm, ana! Sənsiz çox darıxıram".
Qeyd edək ki, Günay Firudinqızının anası Fəridə İsmayılova bir neçə gün öncə koronavirusdan dünyasını dəyişib.