21 Dekabr 2020 12:26
1 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Tünzalə Ağayevaya qarşı ermənilər təxribat törədib.

Teleqraf.com xəbər verir ki, xalq artistinin fotosunun arxa fonunda erməni bayrağı əks etdirilib.

Bu haqda İnstaqramda hekayə bölümündə əməkdar artist Abbas Bağırov xəbər verib. O, fotonu paylaşaraq "Ermənilər öz murdarlıqlarını göstərməkdə davam edirlər" - deyə, qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə xalq artistləri Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, əməkdar artist Abbas Bağırov və müğənni Xəyyam Nisanov “Шуша Возвращается Домой” ("Şuşa evinə qayıdır") adlı mahnıya çəkdirdikləri klipi təqdim ediblər.

Həmin fotonu təqdim edirik.


Müəllif: Rəqsanə Həsənova