22 Yanvar 2021 16:23
2 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktrisa Pərvin Abıyevanın "heç bir qız kasıb oğlana ərə getmək istəməz" sözləri ətrafında qalmaqal bitmək bilmir.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə tənqidlərə məruz qalan Pərvin Abıyev izləyicilərini sərt tənqid edib:

“Nə qədər "tuppoy"sunuz. Mən milyonerə getmək istəyirəm? Olmayan beyninizi açın, diqqətlə baxın, nə deyirəm. Deyirəm ki, kişi ailəsini heç kimə möhtac etməməlidir. Kişi tində oturub, təsbeh fırladıb, gözləməməlidir ki, kimsə bunun evinə pul gətirsin, ya da arvad kiminsə evini təmizləyib yemək alsın.

Milyonçu olmayın, amma arvad-uşağınızı da heç kimə möhtac qoymayın. Ac qoyursunuzsa, cəhənnəmə qoyun! Mənim nə dediyimi anlayın!

Harada görmüsünüz, mən deyim k, varlıya ərə getmək istəyirəm. O cümləni mənə göstərin. Mən Allaha şükür, özüm üçün hər şey etmişəm, ev, avtomobil, karyera... Mənə varlı ər yox, uşağıma baxacaq ər lazımdır. Bəsdirin, bezdirdiniz, iyrəndirdiniz. Bu iyrənc söhbətləri bağlayın".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər