Xalq artisti Rafiq Hüseynov(Rəmiş) Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Rafiq Hüseynovun həyat yoldaşı Gülü Hüseynova Teleqraf.com-a açıqlamasında xalq artistinin müalicəsini Heydər Əliyev Fondunun üzərinə götürdüyünü bildirib: "Rəmişi çox ağır vəziyyətdə xəstəxanaya gətirdilər. Hazırda reanimasiya şöbəsindədir. Rəmişsiz ürəyim partlayır. Bütün çətinliklərə dözərəm, amma onsuz qala bilmirəm(ağlayır)".