Tanınmış türkiyəli müğənni Əmrə Altuğ həyat yoldaşı, model və teleaparıcı Çağla Şikelin canlı efirdə sinəsinin açıldığı video ilə bağlı danışıb.
Teleqraf.com “Hürriyet”ə istinadən xəbər verir ki, müğənni baş verən hadisəyə görə çox pis olduğunu deyib. O, həmin görüntülərin internetdən yığışdırılması üçün xanımının məhkəməyə müraciət etdiyini bildirib:
“Videonun silinməsini mən yox, Çağla istədi. Buna görə də tədbirlər görməli olduq”.
Qeyd edək ki, “Hər şey daxil” verilişinin canlı efirində Çağla Şikel Alişanla tanqo oynamaq istəyərkən donunun bir qolu düşmüş və sinəsi görünmüşdü.
Rüstəm