8 Fevral 2021 11:48
3 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Faiq Ağayev "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasında həmkarı Aygün Kazımova ilə küsülü olduğunu etiraf edib:

"Bir dəfə məndən sosial şəbəkədə paylaşım etməyimi istədi, etmədim. Mənə dedi ki, münasibətlərimizə yenidən baxmalı olacaq. Dedim, bax. Hara da getsən üstümə gələcəksən. Bilirsən ki, səni mənim qədər sevən yoxdur".

Faiq Ağayev küsülü olduğu xalq artisti Flora Kərimova ilə münasibətindən də danışıb: "Bizim aramızda 32 yaş fərq var. Onun yaşını, ağbirçəkliyini və böyük sənətini sevərək həyatıma davam edirəm. Eşitdim ki, yaxın günlərdə nənə olacaq, Allah o səadəti doyunca yaşamağı qismət etsin. Darıxmışıq, mahnılar yazdırsın, çünki Flora Kərimova ifaları Azərbaycan xalqına lazımdır.

Məndən verilişlərin birində Flora Kərimova ilə başqa müğənnini soruşdular. Təbii ki, kimsə uzun illərdir səhnədədir, amma bir çantalıq belə baqajı yoxdur. Amma Flora Kərimova sənət baqajı, xəzinəsi olan insandır. Mən xaricə konsertlərə gedəndə Flora Kərimova mənim valideynlərimə zəng edirdi ki, lülə kabab istəyir. Çünki çox səmimi münasibətimiz var idi. Mən onu qoruyub saxlayıram”.

“Həmkarlarınızdan biri iddia səsləndirdi ki, Faiq Ağayev mənim əzizlərimi, ailəmi təhqir edib” sualına cavabda Faiq Ağayev deyib: “Mən heç vaxt kişiyə belə söyüşlə müraciət etmərəm. İradım varsa sözlə bildirərəm və söyüşdən yeddi qat təsir bağışlayar. Amma o insan söyüşün birini bir qəpiyə söylüyürsə, məcbur qalıb cavab verirsən. Amma qadın ən tərbiyəsiz küçə adamı kimi söyüş söyürsə məcbur qalıb, cavab verirsən.

Bu məsələ 27 yaşımda baş verib. Küsülülüyün səbəbi bu məsələ və qısqanclıq olub. Düşünür ki, o bütün toyu apardığı qiymətə mən yarım saata gedirəm. Həyatdır və hər ilin, hər zamanın bir qəhrəmanı var".

Xalq artisti biznesinin olmadığını söyləyib: "Biznesim yoxdur, hətta evimdə çalışan qadın da gileylənir ki, dünən çıxanların turizm şirkəti, gözəllik salonları var. Bu iradları mənə anam və qardaşım da bildirirdi. Deyirdim ki, məndə tacirlik savadı yoxdur".

Xalq artisti üç dəfə kliniki ölüm keçirdiyini deyib.

Şəxsi həyatından danışarkən Faiq Ağayev hazırda sevdiyi şəxsin olmadığını bildirib: “Böyük sevgi yaşamasaydım, mahnılarımı insanlara çatdıra bilməzdim. Sənət adamının həyat yoldaşı olmaq çox çətindir. Mən sevgisiz yaşaya bilmərəm. Hazırda sevgilim yoxdur. Pandemiya dövrüdür və evdə otururuq".

Faiq Ağayev küsülü olduğu xalq artistləri Zülfiyyə Xanbabyeva və Brilliant Dadaşova ilə münasibətindən də söz açıb: “Hər ikisi sənət sərgiləyir. Mənin küsülülüyüm şəxsi zəmində olub. Mahnıya və çəkdiyi klipə görə deyil. Sənəti olanların haqqına girməyə haqqım yoxdur. Zülfiyyə Xanbabayeva ilə eyni nəslin nümayəndəsiyik. Və valideynləri rəhmətə gedəndə yaxınlaşıb, başsağlığı verdim".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər