7 Aprel 2014 10:59
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər zaman qalmaqallı hərəkətləri və qeyri adi geyimləri ilə diqqət mərkəzində olan məşhur müğənni Mayli Sayrus səhnədə ağlayıb.

ANS PRESS-in məlumatına görə, ifaçı Bostonda verdiyi konsert proqramı zamanı hər kəsi təccübləndirib. o, konsertinin mühüm hissəsini ölən itinə həsr edib. Həmin gün məluma olub ki, Sayrusun sevimli itlərindən biri vəfat edib.

Səhnədə sevilən mahnılarından birini ifa edən zaman göz yaşlarını saxlaya bilməyən Maylinun pərəstişkarlarından biri bu kadrları kameraya görüntüləyib. Daha sonra isə ifaçı onu dinləməyə toplaşan yüzlərlə insanla dərdləşib: “Bu gün bu qədər qəmgin olmağımın səbəbi itimdir. O, mənim ən qiymətlim idi. Bəlkə də bunu deməməliydim, amma söyləyirəm, çünki elə idi. Amma artıq öldü. Onun üçün mahnı oxumaq istəyirəm. Əvvəllər onunla birgə “Fleetwood Mac” mahnısını dinləyərdik. İndi bu ifamı ona həsr etmək istəyirəm”.

Xatırladaq ki, gənc ifaçı konsert proqramından qabaq şəxsi Tvitter hesabında iti ilə birlikdə şəklini yerləşdirərək onun ölümü barədə məlumat vermişdi. Bundan əlavə olaraq: “Bundan sonra mən onsuz neyləyəcəm?” şərhini bildirib.


Müəllif: