Türkiyənin "Fox" televiziyasında yayımlanan "Masumiyet" serialında Hale obrazına həyat verən aktrisa Hülya Avşar görünüşü ilə hər kəsi təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, serialın altıncı bölümündə Hülya Avşarın görüntüsündə effektdən istifadə edilib.
Üzünün filtirlənməsi nəticəsində aktrisa görünməz hala düşüb.
Bununla sənətçi sosial şəbəkədə müzakirə obyektinə çevrilib.